Yunanıstanda miqrantlar üçün saxta sənədlər hazırlayan şəxs saxlanıldı

Yunanıstanda miqrantlar üçün saxta sənədlər hazırlayan şəxs saxlanıldı

Hazırda oxunan: Yunanıstanda miqrantlar üçün saxta sənədlər hazırlayan şəxs saxlanıldı

641622

Yunanıstan polisi Afinada miqrantların Türkiyə və İraqdan Avropa İttifaqı ölkələrinə qanunsuz keçirilməsi ilə məşğul olan cinayətkar şəbəkə üçün saxta sənədlər hazırlamaqda şübhəli bilinən 61 yaşlı əcnəbini həbs edib.

Bizim.Media xəbər verir ki, Kathimerini nəşrinin məlumatına görə, o, Eqaleo rayonundakı gizli emalatxanada saxlanılıb.
 

Şəbəkə miqrantları Şimali Makedoniya marşrutu üzrə Avropaya daşıyıb. Saxta sənədlərin bir qismi Yunanıstana qanunsuz daxil olan miqrantlara, digər qismi isə birbaşa Şimali Makedoniyada paylanılıb.


Saxlanılan şəxs Şengen zonasında sərbəst hərəkət etməyə imkan verən yüksək keyfiyyətli saxta şəxsiyyət vəsiqələri və vizalar hazırlayıb. O, hər sənəd üçün təxminən 900 avro qazanıb.

Hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə görə, qrup hər bir miqrantın Avropaya keçirilməsi müqabilində ümumilikdə 8 000 avroya yaxın vəsait mənimsəyib.

Qanunsuz miqrasiya və sənəd saxtakarlığı maddələri üzrə ittiham olunan şəxslə yanaşı, şəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO