Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Hazırda oxunan: Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

641120

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini 7 oktyabrda qeyd etdiyi 74-cü doğum günü münasibətilə təbrik etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

 

“Putinin doğum günü münasibətilə Trampdan təbrik teleqramı olmayıb”, - Peskov deyib.

 

O, Putin və Tramp arasında telefon danışığının nə vaxt baş tutacağının hələlik məlum olmadığını bildirib.

Bununla belə, Peskov danışıqların razılaşdırılmasında gecikmə olmadığını və prezidentlər arasında söhbətin hələ də baş tuta biləcəyini qeyd edib.

Xatırladaq ki, Tramp oktyabrın 7-dən əvvəl Putinlə tezliklə danışacağını açıqlamışdı. Lakin indiyəədk həmin danışıq baş tutmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO