İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

Hazırda oxunan: İstanbulda 7 mərtəbəli bina çökdü – FOTO-VİDEO

641019

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binada səhər tezdən çökmə baş verib. Binanın ilk 3 mərtəbəsi çöküb, lakin tikili tamamilə dağılmayıb.

Bizim.Media xəbər verir ki, çökmə səbəbindən binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Tikilinin tamamilə çökməsi ehtimalına qarşı ərazidə tədbirlər gücləndirilib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, AFAD, UMKE, polis və səhiyyə qrupları göndərilib. Binanın çökmə baş verməyən yuxarı mərtəbələrində qalan şəxslər hadisə yerindəki qruplar tərəfindən təxliyə edilib, dağıntılarda axtarış-xilasetmə işlərinə başlanılıb.

NTV-nin canlı yayımında yayımlanan görüntülərdə binanın dağılmadan əvvəlki vəziyyəti də əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO