Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Hazırda oxunan: Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO
640706
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə məhkəmə Rusiyanın “ən gözəl motosikletçisi” kimi tanınan Tatyana Ozolinanın ölümünə görə Onur Obutu 2 il 11 ay müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, Ozolina 2024-cü ildə Muğla vilayətində baş verən motosiklet qəzasında həyatını itirib.

Məhkəmə və ekspertlər qəzada əsas günahın Obutuda olduğu qənaətinə gəlib.

Məhkəmə Obutu ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilib. Ona əvvəlcə 3 il 6 ay həbs cəzası verilib, daha sonra cəza 2 il 11 aya endirilib.

Hadisə 21 iyul 2024-cü ildə Söke-Milas yolunda baş verib. Məhkəmə ekspertizasına görə, Ozolina qarşısına yük maşını çıxdığı üçün əyləci basıb, təhlükəsiz ara məsafəsini saxlamayan Obut isə onun motosikletinə arxadan çırpılıb. Ekspertlər Ozolinanı qəza ilə bağlı günahsız, Obutu isə əsas təqsirkar hesab ediblər.

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO - foto 1
Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO