Yəməndəki “Ənsar Allah” hərəkatının (Husilər) Səudiyyə Ərəbistanında bir neçə strateji obyektə hücum etdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə SABA agentliyi hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Husilər Ər-Riyaddakı beynəlxalq hava limanını, Ciddədə “Aramco” şirkətinə məxsus obyekti, həmçinin Səudiyyə Ərəbistanının cənubundakı daha bir hava limanını hədəfə alıblar.
Husilər həmçinin aviaşirkətləri krallığın hava məkanından uçuşları dayandırmağa çağırıblar. Hərəkat Səudiyyə Ərəbistanının hava məkanını hərbi əməliyyat zonası elan edib. Məkkə və Mədinə üzərindəki hava məkanı isə istisna təşkil edir.
Qeyd edək ki, oktyabrın 5-də Yəmən hakimiyyəti Husilərin nəzarətində olan əraziləri geri qaytarmaq və Sənanı azad etmək məqsədilə “Yəmən şəfəqi” əməliyyatına başlanıldığını açıqlayıb.
Səudiyyə koalisiyası isə “Ənsar Allah”ın mövqelərinə endirilən zərbələrdə 100-ə yaxın qırıcı təyyarənin iştirak etdiyini və 300-dən çox hədəfin vurulduğunu bildirib.
Bizim.Media






























































































