Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Hazırda oxunan: Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

640184

"OpenAI" şirkətinin "GPT-6 Astra" süni intellekt modeli alimlərin və kriptoqrafların 200 ildən artıq müddətdə oxuya bilmədiyi Napoleon Bonapartın məxfi şifrəli məktubunu cəmi 6 saat ərzində tam deşifrə edib.

Bizim.Media xəbər verir ki, mürəkkəb kodlaşdırma sistemi ilə yazılmış bu tarixi sənəd 1809-cu ilə aid idi və özündə yüzlərlə rəqəm, hərf və xüsusi simvolları ehtiva edirdi.

"SentinelOne" şirkətinin mühəndisi Karter Çörç tərəfindən tətbiq edilən süni intellekt modeli tərəfindən oxunan məktub Fransanın imperatoru Napoleonun tapşırığı ilə ögey oğlu Ejen tərəfindən general Oqüst de Marmona ünvanlanıb.
 

1300-dən çox simvoldan ibarət olan məxfi mətndə o dövrdə Xorvatiya ərazisində təcrid olunmuş vəziyyətdə qalan fransız qoşunları ilə Avstriya ordusunun yerləşməsi, canlı qüvvə sayları barədə kritik kəşfiyyat məlumatları yer alıb.


Eyni zamanda məktubda general Marmona təcili olaraq yürüşə hazırlaşmaq və əsas fransız qüvvələrinə qoşulmaq əmri verilib. Açılan bu şifrə tarixi faktları yenidən işıqlandırmaqla yanaşı, süni intellektin mürəkkəb kriptoqrafik tapşırıqları həll etmək imkanlarının nə dərəcədə yüksəldiyini nümayiş etdirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO