Rusiya bu hərçbiləri də döyüşlərə cəlb etməyə hazırlaşır

Rusiya bu hərçbiləri də döyüşlərə cəlb etməyə hazırlaşır

Hazırda oxunan: Rusiya bu hərçbiləri də döyüşlərə cəlb etməyə hazırlaşır

63757

Rusiya Dnestryanı bölgədən hərbçiləri Ukraynadakı döyüşlərə cəlb edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

“Müdafiə qüvvələrinin qruplaşması müəyyən əməliyyat zonaları daxilində müdafiə əməliyyatını davam etdirir.

Şimal və Şimal-Qərb istiqamətlərində Polesski və Volın əməliyyat rayonlarında, eləcə də Ukrayna sərhədi boyunca və Nijin, İvanitsa, Trostyanets yaşayış məntəqələri ərazilərində döyüş əməliyyatları gedir, Çerniqovun müdafiəsi davam edir” – deyə məlumatda bildirilib. 

Qeyd edilib ki, cənub istiqamətində müdafiə qüvvələrinin əməliyyat qrupları Ukraynanın dövlət sərhədini və dəniz sahillərini əhatə edir, aerodromların və mühüm infrastruktur obyektlərinin mühafizəsini və müdafiəsini həyata keçirir. 
“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri raket və bomba zərbələrini dəf edir və rus hərbçilərinin hava hücumu vasitələrini məhv edir. İtkilər səbəbilə Rusiya tərəfi Krım Muxtar Respublikası, Krasnodar, Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərində təlim adı altında gizli səfərbərlik həyata keçirməkdə davam edir”. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 8-nə olan məlumatına görə, Rusiyanın 12 minə yaxın hərbçisi məhv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO