Rusiyanın Ukraynadakı müharibəsi fonunda Qırğızıstanda iqtisadi bum yaşanıb

Rusiyanın Ukraynadakı müharibəsi fonunda Qırğızıstanda iqtisadi bum yaşanıb

Hazırda oxunan: Rusiyanın Ukraynadakı müharibəsi fonunda Qırğızıstanda iqtisadi bum yaşanıb

636810

Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Qırğızıstan Çin və Qərb mallarının Rusiyaya tədarükündə əsas tranzit kanalına çevrilib və bu, ölkədə iqtisadi buma səbəb olub. Nəticədə ötən il Qırğızıstanın ÜDM-i 11% artıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Asiya İnkişaf Bankının qiymətləndirməsinə görə, son dörd ildə iqtisadi artımın 30-40%-i məhz təkrar ixrac (re-eksport) fəaliyyətinin payına düşüb.

Bununla yanaşı, qızıl qiymətlərinin bahalaşması, maliyyə sektorunun inkişafı və dövlət xərcləri də bu artımı stimullaşdıran amillər sırasındadır.

Lakin ekspertlər ölkə iqtisadiyyatının həddindən artıq qızması (overheating), 11% səviyyəsində qalan inflyasiya və Qərbin sanksiya təhlükələri ilə bağlı müəyyən risklərin də mövcud olduğunu qeyd edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO