84 yaşlı qadın sağ olduğunu sübut edə bilmir

84 yaşlı qadın sağ olduğunu sübut edə bilmir

Hazırda oxunan: 84 yaşlı qadın sağ olduğunu sübut edə bilmir
636772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Floridada yaşayan və səhvən ölmüş elan edilən 84 yaşlı Prisilla Slek (Priscilla Slack) iki ildən artıqdır ki, dövlət qurumlarına hələ də sağ olduğunu sübut edə bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Qəribə səhv təxminən iki il əvvəl həyat yoldaşı vəfat edərkən baş verib. Sosial Təminat Administrasiyası səhvən ərinin deyil, məhz Prisillanın özünün öldüyünü qeydiyyata alıb.

Nəticədə onun bank hesabı və kredit kartları bağlanıb, səsvermə hüququ ləğv edilib, daha sonra isə Vergi Xidməti (IRS) ona problemlər yaratmağa başlayıb.

Qurum iddia edir ki vəfat etmiş şəxs sosial təminat nömrəsi ilə vergi bəyannaməsi verib.

Slek qurumlar arasındakı bürokratik səhvlər ucbatından uzun müddətdir bu dolaşıqlığı həll edə bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO