3 xarici ölkənin din xadimləri Şuşa şəhərində - FOTO

3 xarici ölkənin din xadimləri Şuşa şəhərində - FOTO

Hazırda oxunan: 3 xarici ölkənin din xadimləri Şuşa şəhərində - FOTO
635495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərindən ibarət 50 nəfərlik nümayəndə heyətinin Qarabağa səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlib.
 

Qonaqlar Şuşanın zəngin tarixi-mədəni və dini-mənəvi irsi, əsrarəngiz təbiəti, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olacaqlar.


Din xadimlərinin Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidlərini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarətİ, həmçinin Cıdır düzündən Şuşanın təbiət mənzərələrini seyr etmələri nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO