
- A-
- A
- A+
Xoşbəxtlik və böyük dəyişiklik yaşayacaq 4 bürc
Astroloqların sözlərinə görə, sentyabr ayında bəzi bürclər üçün karyera və maliyyə baxımından uğurlu imkanlar yaranacaq.
Bizim.Media xəbər verir ki, 4 bürcün həyatında mühüm dəyişikliklərin baş verəcəyi gözlənilir.
Şir: Yupiterin təsiri Şirlərin karyera və ictimai həyatda daha çox ön plana çıxmasına şərait yaradacaq. Maliyyə danışıqları, yeni gəlir imkanları və şəxsi layihələrdə uğur gözlənilir.
Qız: Merkuri sentyabr ayında Qız bürcündə mövqeyini gücləndirəcək və bu, zehni aydınlıq yaradacaq. Yarımçıq qalan işlərin tamamlanması və mühüm qərarların müsbət nəticələnməsi mümkündür.
Əqrəb: Veneranın Əqrəbə keçidi bu bürcün nümayəndələrinə xüsusi cazibə və özünəinam qazandıracaq. Maliyyə tərəfdaşlıqları ilə yanaşı, daxili narahatlıqların azalacağı rahat bir dövr başlayacaq.
Xərçəng: Gündəlik rejimdə və iş planında edilən kiçik dəyişikliklər Xərçənglər üçün yeni imkanlar aça bilər. Yupiter və Marsın təsiri ilə bacarıqlarını gəlirə çevirmək üçün əlverişli şərait yaranacaq. (metbuat.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































