Türkiyənin Yalova şəhərində dəhşətli ailə münaqişəsi qanla bitib.
Bizim.Media İHA-ya istinadən xəbər verir ki, 8 aylıq hamilə olan Sultan Pelit D. həyat yoldaşı Məhəmməd D. tərəfindən tüfənglə vurularaq qətlə yetirilib.
Məlumata görə, cütlük arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb.
Münaqişənin böyüməsi nəticəsində Məhəmməd D. tüfənglə 8 aylıq hamilə həyat yoldaşına atəş açıb. Daha sonra o, eyni silahla özünə də xəsarət yetirib.
Güllə səslərini eşidən qonşuların çağırışı ilə əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində ağır yaralı vəziyyətdə tapılan cütlük dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, 8 aylıq hamilə Sultan Pelit D.-nin həyatını xilas etmək mümkün olmayıb. Həyat yoldaşını vurduqdan sonra özünə atəş açan Məhəmməd D.-nin isə vəziyyətinin ağır olduğu və müalicəsinin davam etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media




































































































