ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Hazırda oxunan: ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

631931

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.

Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasından məlumat verilib.
 

Bildirilib ki, vəkil ABŞ-nin tanınmış ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində "Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom"s IAD Framework" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.


Bununla da Altay Mustafayev ABŞ-da hüquq doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı olub.

Dissertasiya işində məhkəmə diskresiyasının ümumi hüquq (common law, anqlo-sakson hüquq sistemi) və kontinental (roman-german) hüquq sistemlərində formalaşması və tətbiqi müqayisəli hüquqi və institusional aspektdən araşdırılıb. Tədqiqatda Nobel mükafatı laureatı Elinor Ostromun İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə olunaraq məhkəmə diskresiyasının hüquqi və institusional əsasları təhlil edilib.

Qeyd edək ki, hüquq doktoru hüquq sahəsində ən yüksək akademik dərəcələrdən biri hesab olunur.

Onu da bildirək ki, Altay Mustafayev ABŞ-ın Nyu York Vəkillər Kollegiyasının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO