ABŞ-da Anduril şirkətinin hazırladığı Dive-LD pilotsuz sualtı aparatı 6 kilometrədək dərinliyə enə və 10 günədək su altında avtonom işləyə bilir.
Bizim.Media xəbər verir ki, aparat bir missiya zamanı 580 kilometrədək məsafə qət edə bilər.
Təxminən 5,8 metr uzunluğunda olan dron müxtəlif sualtı tapşırıqlar üçün faydalı yük bölməsi ilə təchiz edilib. Onun əsas xüsusiyyəti yüksək təzyiqə davamlı ənənəvi korpus əvəzinə suyun müəyyən hissələrinə daxil ola bildiyi xüsusi konstruksiyadan istifadə etməsidir.
Dive-LD-nin xarici hissələrinin bir qismi böyük formatlı 3D printerlə hazırlanır. Yeni zavodun istehsal gücünün ildə 200 aparata çatdırılması planlaşdırılır. Bir dronun qiyməti təxminən 2,5 milyon dollardır.
Bizim.Media































































































