Kaliforniya Texnologiya İnstitutunun alimləri qanda xolesterin və triqliserid səviyyəsini qan analizi olmadan izləyə bilən kiçik plastır formasında sensor hazırlayıblar.
Bizim.Media xəbər verir ki, cihaz tərin tərkibini analiz edir və süni intellekt vasitəsilə qandakı lipidlərin səviyyəsini təxmin edir.
Tədqiqatçılar bildirirlər ki, sensor 20 saatdan çox fasiləsiz işləyə bilir. Qurğu 24 nəfərin iştirakı ilə sınaqdan keçirilib və ilkin nəticələr ümidverici olsa da, texnologiyanın geniş istifadəsi üçün əlavə araşdırmalara ehtiyac var.
Alimlərin fikrincə, yeni texnologiya ürək-damar və metabolik xəstəliklərin risklərini daha erkən müəyyənləşdirməyə imkan verə bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 16.08.2026
Tərlə xolesterini izləyən plastır hazırlandı
Hazırda oxunan: Tərlə xolesterini izləyən plastır hazırlandı
Hazırda oxunan: Tərlə xolesterini izləyən plastır hazırlandı
631390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































