“Təyyarəm daha böyük risk altında idi”- Gizli uçuşu təsdiqlədi

“Təyyarəm daha böyük risk altında idi”- Gizli uçuşu təsdiqlədi

Hazırda oxunan: “Təyyarəm daha böyük risk altında idi”- Gizli uçuşu təsdiqlədi

630679

ABŞ Prezidenti Donald Tramp ötən ay İrandan mümkün sui-qəsd təhdidi səbəbindən Türkiyəni gizli təhlükəsizlik əməliyyatı ilə tərk etdiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə ABŞ mediasında yayılan xəbərlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“The Washington Post” qəzetinin yazdığına görə, Tramp Türkiyədən çıxarkən əvvəlcə ictimaiyyətə göstərilən prezident təyyarəsinə minib, daha sonra isə gizli şəkildə başqa hərbi təyyarəyə keçirilib.

Tramp isə onu daşıyan təyyarənin, əslində, daha böyük təhlükə altında olduğunu düşündüyünü bildirib:

“Əslində, olduğum təyyarənin daha böyük risk altında olduğunu düşünürəm. Çünki hədəfə alınma ehtimalı daha yüksək olan təyyarə olduğu qənaətindəyəm”.

O, təyyarənin dəyişdirilməsi qərarının şəxsən onun tərəfindən verilmədiyini vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, təhlükəsizlik məsələlərində Məxfi Xidmət və hərbi rəsmilərin tövsiyələrinə əməl edir. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları başqa təyyarə ilə uçmasını istəyiblər və o da bu qərara uyğun hərəkət edib.

Tramp prezidentlərin ciddi təhlükələrlə üzləşə biləcəyini deyərək, bu cür təhdidlərdən qorxmadığını da bildirib.

Nəşrin məlumatına görə, Tramp ötən ay Türkiyədən ayrılarkən təhlükəsizlik planı son anda dəyişdirilib.

O, əvvəlcə kameralar qarşısında prezident təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra hava limanında istifadə olunan iaşə maşını vasitəsilə başqa tərəfə aparılıb və uçuş-enmə zolağında gözləyən daha kiçik ABŞ hərbi təyyarəsinə keçirilib.

Bu zaman ilk təyyarənin uçuşunu davam etdirməsi və Trampın hələ də onun içində olması görüntüsü yaradılıb.

Əməliyyatın detalları açıqlanmayıb. Məlumata görə, hətta bəzi jurnalistlər və Ağ Ev əməkdaşları prezidentin başqa təyyarəyə keçirildiyindən xəbərsiz olublar.

Təhlükəsizlik tədbirinin Trampa qarşı İranla əlaqəli mümkün sui-qəsd təhdidi barədə kəşfiyyat məlumatlarından sonra hazırlandığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO