Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən "Wildberries" şirkətinin anbarına hücum edib.
Bizim.Media xəbər verir ki, şirkət əməkdaşların təxliyə edildiyini və dörd obyektinin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Qubernator Aleksandr Qusevin sözlərinə görə, hücumdan sonra Novousman rayonunda sahəsi təxminən 16 və 20 min kvadratmetr olan iki böyük yanğın baş verib.
Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.
Qeyd edək ki, sahəsi 156 000 kvadratmetr olan bu "Wildberries" anbarı artıq iyul ayının sonunda Ukrayna Silahlı Qüvvələrinin zərbəsinə məruz qalmışdı. Obyekt ötən ilin noyabrında istifadəyə verilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:31 / 11.08.2026
Ukrayna Voronejdəki "Wildberries" anbarını yenə vurdu: Ölən və yaralılar var – VİDEO
Hazırda oxunan: Ukrayna Voronejdəki "Wildberries" anbarını yenə vurdu: Ölən və yaralılar var – VİDEO
Hazırda oxunan: Ukrayna Voronejdəki "Wildberries" anbarını yenə vurdu: Ölən və yaralılar var – VİDEO
630447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































