Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Hazırda oxunan: Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO
630385
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərkəzi Asiyanın ən böyük pop-mədəniyyət festivalı olan “Comic Con Astana 2026”nı 80 minə yaxın insan ziyarət edib.

Bizim.Media  Astana şəhər administrasiyasına istinadla xəbər verir ki, sayca 5-ci yubiley festivalı layihənin bütün tarixi ərzində ən genişmiqyaslı tədbir olub, 4 gün ərzində festivalı 40-dan çox ölkədən 12 mindən artıq xarici qonaq ziyarət edib.

 

Tədbirlər paytaxtın 2 ən böyük məkanında - “Barys Arena”da və “Alau” buz sarayında keçirilib. Festivalın ilk günündə 16 mindən çox insan iştirak edib ki, bu da layihənin bütün tarixində ilk gün üçün ən yüksək göstəricidir.

 

Əsas tədbirlərdən biri mükafat fondu 20 milyon tenge (təxminən 41 min dollar) təşkil edən beynəlxalq kospley müsabiqəsi olub. Finala 20-dən çox ölkədən 64 iştirakçı çıxıb, qaliblər 20 nominasiya üzrə müəyyənləşdiriliblər.

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO - foto 1
Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO