İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb.
Bizim.Media “Hürriyet”ə istinadla xəbər verir ki, 57 yaşlı Lətifə İbadovanın meyiti yaşadığı mənzildə polis əməkdaşları tərəfindən aşkarlanıb.
İlkin baxış zamanı qadının üzərində hər hansı zorakılıq izinə rast gəlinməyib. Bununla yanaşı, evdəki masanın üzərində narkotik vasitə aşkarlandığı bildirilib.
Qonşuların sözlərinə görə, İbadova Fərhad adlı şəxslə birlikdə yaşayıb. Məhəllə sakinləri həmin şəxsin polis əməkdaşları hadisə yerinə gəlməzdən az əvvəl mənzili tərk etdiyini iddia ediblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır və Fərhad adlı şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.


Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 10.08.2026
İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı – Foto
Hazırda oxunan: İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı – Foto
Hazırda oxunan: İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı – Foto
630344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































