Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

Hazırda oxunan: Aİ Ermənistandan bunu tələb edəcək? - Rusiya vətəndaşlarına viza, Moskvaya qarşı sanksiyalara qoşulmaq

628356

Avropa İttifaqı Ermənistandan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməyi və Moskvaya qarşı sanksiyalara qoşulmağı tələb edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Avropa Parlamentindəki mənbəyə istinadən məlumat yayıb.

Ermənistanın Avropa İttifaqına üzvlüyü üçün blokun xarici siyasət kursuna uyğunlaşması tələb olunacaq. Bu çərçivədə Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi və anti-Rusiya sanksiyalarına qoşulmaq əsas şərtlərdən biri kimi göstərilir.
 

Avropa Parlamentinin Ermənistanla parlament əməkdaşlığı komitəsinin keçmiş üzvü Fernand Kartheiser nəşrə bildirib ki, Aİ rəsmiləri Ermənistanı Rusiya ilə viza rejimi tətbiq etməyə və sanksiyalara qoşulmağa məcbur etməyə çalışacaqlar.


O, ümid etdiyini bildirib ki, Ermənistan bu təzyiqlərə tab gətirəcək və ilk növbədə öz milli maraqlarını rəhbər tutacaq.

Kartheiserin fikrincə, Avropa İttifaqı Ermənistandan geosiyasi məqsədləri üçün istifadə edir və belə bir addımın qaçılmaz iqtisadi və siyasi nəticələrindən onu qoruya bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO