ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

Hazırda oxunan: ABŞ İrana 1500-dən çox Patriot raketi atıb

628343

ABŞ İranla qarşıdurma zamanı hava hücumundan müdafiə ehtiyatlarının əhəmiyyətli hissəsini sərf edib.

Bizim.Media xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) məlumat yayıb.

Hesabatda bildirilir ki, fevralın 27-dən iyulun 27-dək davam edən qarşıdurma zamanı ABŞ 1 500–1 570 ədəd Patriot zenit-raket kompleksi raketindən və 174–218 ədəd THAAD (Terminal High Altitude Area Defense) raket əleyhinə tutucudan istifadə edib.
 

Analitiklərin hesablamalarına görə, fevralın 27-də ABŞ-ın arsenalında təxminən 2 330 ədəd Patriot raketi və 452 ədəd THAAD tutucusu olub. İyulun sonuna isə ehtiyatlar 759–827 Patriot raketinə və 234–278 THAAD tutucusuna qədər azalıb.


CSIS qeyd edir ki, döyüş əməliyyatlarının yenidən başlaması bu ehtiyatların daha da azalmasına səbəb olub. Bununla belə, İranın raket buraxılışlarının atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha az olduğu vurğulanır və ümumilikdə hava hücumundan müdafiə kampaniyası uğurlu qiymətləndirilir.

Mərkəzin qiymətləndirməsinə əsasən, Patriot və THAAD sistemlərinin ballistik raket təhdidlərinə qarşı tam alternativi yoxdur. Hesabatda bildirilir ki, gəmi əsaslı raketdən müdafiə sistemləri münaqişə zonasından uzaqda yerləşdiyinə görə operativ reaksiya baxımından kifayət etməyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO