CNN-in keçmiş ulduzu, hazırda jurnalist və sənədli film müəllifi olan Bruk Bolduin tanışlıq saytında keçmişdə bir ölkəyə rəhbərlik etmiş şəxslə qarşılaşdığını və ona gələn təklifdən imtina etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, o, Substack bloq platformasındakı səhifəsində şəxsi həyatına dair açıqlamalar verib.
47 yaşlı Bolduinin sözlərinə görə, yaxın vaxtlarda tanışlıq saytı vasitəsilə dörd nüfuzlu subay kişi ilə tanış olub. Onlardan biri onunla şam yeməyi keçirmək üçün xüsusi təyyarə ilə gəlib, digəri isə vaxtilə dövlət başçısı olub.
“Bu yaxınlarda dörd fərqli kişi ilə yaxın münasibət qurmaq imkanım yarandı. Onlardan biri sadəcə mənimlə şam yeməyi yemək üçün təyyarə ilə uçub gəldi. İkincisi vaxtilə dövlətə rəhbərlik edib. Üçüncüsü isə... sadəcə inanılmaz dərəcədə cəlbedici idi”, – deyə Bolduin yazıb.
Jurnalist bildirib ki, əvvəlcə bu diqqətdən məmnun olsa da, sonda dörd şəxsin də təklifini qəbul etməmək qərarına gəlib.
“Bunun mənə xoş təsiri varmı? Xeyr, hətta məni təəccübləndirmir. Həqiqət budur. Mən nə etdim? Hamısına yox dedim”, – deyə Bolduin qeyd edib.
O vurğulayıb ki, seksə münasibəti pozitivdir, lakin həyatının hazırkı mərhələsində çoxsaylı münasibətlərə vaxt və enerji ayırmaq istəmir.
“Məhz indi qurduğum həyata o qədər dəyər verirəm ki, enerjimin on fərqli istiqamətə dağılmasına icazə verə bilmərəm”, – deyə jurnalist izah edib.
2023-cü ildə britaniyalı rejissor Ceyms Fletçerdən boşanan Bolduin yaxın münasibətlərə baxışının dəyişmədiyini bildirib. O, seksə sevgisini ifadə edərək bunu “oksigen”lə müqayisə edib.
Jurnalist qeyd edib ki, keçmiş dövlət rəhbəri və digər pərəstişkarlarından imtina etməsi özünü məhdudlaşdırmaq deyil, hazırda qurduğu həyatı qorumaq qərarıdır.
Bizim.Media




































































































