İranın Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücum etməkdə ittiham etməsi, Almaniyanın paytaxtı Berlində avtomobilin insanların üzərinə sürülməsi və Çində tayfun səbəbindən yüz minlərlə insanın təxliyə olunması səhərin diqqət çəkən hadisələri sırasında yer alıb.
Bizim.Media xəbər verir ki, səhərin əsas xəbərləri aşağıdakılardır:
İran Ukraynanı ittiham etdi. Tehran Xəzər dənizində ticarət gəmisinə endirilən zərbəyə görə Ukraynanı məsuliyyətli hesab etdiyini açıqlayıb.
Berlində avtomobil insanların üzərinə sürülüb. Hadisə nəticəsində bir nəfər ölüb. Hücumu törətməkdə şübhəli bilinən şəxsin radikal islamçı hərəkatla əlaqəsinin olduğu bildirilir.
Elbrusda alpinistlər həlak olub. İlkin məlumata görə, Bosniya və Herseqovinadan olan 5 alpinist Elbrus dağında həyatını itirib.
Çində tayfun fəsadlar törədib. Güclü tayfun səbəbindən ölkədə 700 mindən çox sakin təhlükəsiz ərazilərə təxliyə edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:57 / 26.07.2026
İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO
Hazırda oxunan: İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO
Hazırda oxunan: İran Ukraynanı ittiham etdi, Berlində avtomobil izdihama çırpıldı – Səhərin əsas xəbərləri - VİDEO
627495
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































