Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Hazırda oxunan: Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

627471

ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumlardan sonra Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Qərar, Oman rəsmilərinin Tehranda danışıqlar apardığı və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşma ilə bağlı "müəyyən irəliləyiş" əldə edildiyi bir vaxtda verilib.

 

ABŞ və İsrail İrana qarşı əməliyyata fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.


Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranın Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozduğunu iddia edərək İrana genişmiqyaslı zərbələri bərpa edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO