Bir çox ailələrdə cırıq və ya köhnəlmiş paltarların evdə saxlanmasının uğursuzluq gətirdiyinə inanılır. İnsanlar arasında bu əşyaların mənfi enerji topladığı, bərəkəti azaltdığı və evdə xoşagəlməz ab-hava yaratdığı barədə müxtəlif fikirlər dolaşır.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu inancın elmi əsası yoxdur.
Bununla belə, istifadəyə yararsız və yığılıb qalan əşyalar evdə qarışıqlıq yarada, insanda yorğunluq və narahatlıq hissini artıra bilər. Məhz buna görə də insanlar bəzən bunu "mənfi enerji" kimi qəbul edirlər.
Əgər paltar hələ də istifadə oluna bilirsə, onu təmir etmək və ya ehtiyacı olanlara vermək daha məqsədəuyğundur. Tam yararsız vəziyyətdə olan geyimlərin isə təkrar emala göndərilməsi və ya düzgün şəkildə utilizasiya edilməsi tövsiyə olunur.
Mütəxəssislər hesab edirlər ki, evdə səliqə və nizam yaratmaq həm rahatlıq hissini artırır, həm də yaşayış mühitini daha funksional edir. Buna görə də cırıq paltarlarla bağlı uğursuzluq inancı daha çox xalq arasında formalaşmış mif hesab olunur.
Bizim.Media









































































































