İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

Hazırda oxunan: İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO

627483

İsmayıllıda Heydər Əliyev adına parkın vəziyyəti sakinləri narahat edir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, parkda fəaliyyət göstərən fəvvarələr uzun müddətdir işləmir.

Uşaqların əylənməsi üçün quraşdırılmış attraksionların bir qismi istifadəyə yararsız vəziyyətə düşüb.

Rayon sakinləri bildirirlər ki, parkda ailəvi istirahət etmək, oturub çay içmək üçün şərait yoxdur.

Onların sözlərinə görə, digər rayonlarda olduğu kimi, bu parkda da sakinlərin rahat istirahəti üçün lazımi şərait yaradılmalıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO