Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Hazırda oxunan: Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı
627452
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanda sosial şəəbəkədə əxlaq normalarına zidd qeyri-etik paylaşım edənlər saxlanılıb.

Bizim.Media saxlanılanlardan ikisi Naxçıvan şəhər, digər ikisi isə Şahbuz rayon sakinləridir.

İkisi 23, 25 və 17 yaşlarında olan həmin oğlanlar “Tiktok”da özlərinə məxsus hesablarda ictimai mənəviyyatı təhqir edən videolar paylaşıblar. Ayrı-ayrı vaxtlardakı paylaşımlarda biri soyunmuş halda, biri dostunu əsgər yola salarkən, biri sərxoş, digəri də dağda çobanlıq edərkən nalayiq ifadələr işlədiblər.
 

Onların hər biri ərazi üzrə polis orqanları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.


Saxlanılan şəxslərin hər biri törətdiyi əməldən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə onlardan 25 yaşlı şəxs 12 gün müddətinə inzibati qaydada həbs, qalanları isə 500 manat miqdarında cərimə ediliblər. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO