Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb

Hazırda oxunan: Sumqayıtda sirkə turşusu içən qadın xəstəxanada ölüb
627487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıtda sirkə turşusundan zəhərlənmə ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, 1962-ci il təvəllüdlü Səlminaz Səməd qızı Əliyeva ehtiyatsızlıq nəticəsində sirkə turşusu qəbul edib. 
 

Vəziyyəti ağırlaşan qadın təcili olaraq Bakı şəhərində yerləşən Toksikologiya Mərkəzinə yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Səlminaz Əliyeva müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.


Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları hadisənin bütün halları və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirirlər.(Teleqraf)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO