Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr

Hazırda oxunan: Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr
627430
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 2025-ci ilin sonuna ölkə üzrə 124 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici 2024-cü illə müqayisədə dəyişməyib.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində bazar və yarmarkaların sayı 18-dən 17-yə enib.

Naxçıvan iqtisadi rayonunda 8, Abşeron-Xızı iqtisadi rayonunda 5, Dağlıq Şirvan iqtisadi rayonunda 5, Qarabağ iqtisadi rayonunda 5, Qazax-Tovuz iqtisadi rayonunda 14, Quba-Xaçmaz iqtisadi rayonunda 9, Lənkəran-Astara iqtisadi rayonunda 10, Mərkəzi Aran iqtisadi rayonunda 13, Mil-Muğan iqtisadi rayonunda 8, Şəki-Zaqatala iqtisadi rayonunda 10, Şirvan-Salyan iqtisadi rayonunda 11 bazar və yarmarka qeydə alınıb.

Belə ki, iqtisadi rayonlar arasında ən çox bazar və yarmarka 14 obyektlə Qazax-Tovuz iqtisadi rayonunun payına düşür.

Sonrakı yerlərdə Mərkəzi Aran – 13, Şirvan-Salyan – 11, Lənkəran-Astara və Şəki-Zaqatala – hər biri 10, Gəncə-Daşkəsən və Quba-Xaçmaz – hər biri 9, Naxçıvan – 8, Mil-Muğan – 8, Abşeron-Xızı, Dağlıq Şirvan və Qarabağ – hər biri 5 yer alır.

Rayonlar üzrə bölgüyə əsasən, Şəmkirdə 6, Gəncədə 5, Mingəçevirdə 4, Biləsuvarda 4 və Tovuzda 4 bazar və yarmarka fəaliyyət göstərir.

Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 5 bazar və yarmarka isə Ağcabədi (1), Bərdə (2), Füzuli (1) və Tərtər (1) rayonlarında yerləşir.

Şərqi Zəngəzur iqtisadi rayonunda isə 2025-ci ilin sonuna bazar və yarmarka qeydə alınmayıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO