Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

Hazırda oxunan: Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb

627416

Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Milli Assambleyasının sədri Xorxe Rodriqes öz "Telegram" kanalında məlumat verib.

Onun tərəfindən yayımlanan gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856-sı ciddi zədələnib.
 

Axtarış-xilasetmə əməliyyatı zamanı 6 462 nəfəri xilas etmək mümkün olub. 47 942 zərərçəkmiş tibbi yardım alıb, 128 324 ailəyə yardım göstərilib. Müvəqqəti düşərgələrdə 23 811 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 977,336 ton ərzaq çatdırılıb.


Xatırladaq ki, iyunun 24-də Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO