Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

Hazırda oxunan: Sabah 40 dərəcəyədək isti olacaq: Günvurmadan necə qorunmalı?

627448

Sabah Azərbaycanda havanın temperaturunun bəzi bölgələrdə 40 dərəcəyə, ayrı-ayrı ərazilərdə isə 40-41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, sinoptiklər əhaliyə uzun müddət açıq günəş altında qalmamağı tövsiyə edirlər.

Mütəxəssislərin sözlərinə görə, belə isti havalarda xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək-damar, şəkərli diabet və təzyiq xəstəliklərindən əziyyət çəkən şəxslər risk qrupuna daxildir.

İstidən qorunmaq üçün aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:

Günün ən isti saatları olan 11:00-17:00 aralığında mümkün qədər çölə çıxmayın.

Gün ərzində kifayət qədər su için. Susuzluq hissini gözləmədən mütəmadi maye qəbul edin.

Açıq rəngli, nazik və pambıq parçadan hazırlanmış geyimlərə üstünlük verin.

Papaq, çətir və gün eynəyindən istifadə edin.

Ağır fiziki işləri və idmanı səhər və ya axşam saatlarına saxlayın.

Avtomobili günəş altında saxladıqdan sonra dərhal içəri daxil olmayın və uşaqları, eləcə də ev heyvanlarını qapalı avtomobildə tək qoymayın.

Qidalanmada yüngül yeməklərə, meyvə və tərəvəzlərə üstünlük verin, alkoqollu və həddindən artıq şəkərli içkilərdən uzaq durun.

Günvurma zamanı başgicəllənmə, güclü baş ağrısı, ürəkbulanma, halsızlıq, yüksək bədən hərarəti və huşun itməsi kimi əlamətlər yarana bilər. Belə hallarda şəxsi dərhal kölgə və ya sərin yerə aparmaq, bədənini soyutmaq, su vermək (şüuru yerindədirsə) və vəziyyəti ağırdırsa təcili tibbi yardım çağırmaq lazımdır.

Yay mövsümündə yüksək temperatur təkcə narahatlıq yaratmır, həm də sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Buna görə də hava proqnozlarını izləmək və isti hava ilə bağlı təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO