Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı

Hazırda oxunan: Fabianski karyerasını başa vurdu, futbolla vidalaşdı
627479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa millisinin sabiq qapıçısı Lukaş Fabianski peşəkar futbolçu karyerasını başa vurub.

Bizim.Media xəbər verir ki, 41 yaşlı qolkiper qərarını sosial şəbəkə hesabında açıqlayıb.

O, mövsümün sonunda müqaviləsinin başa çatdığı "Vest Hem"dən ayrıldıqdan sonra karyerasını bitirməyə qərar verib.

Fabianski son mövsümdə London klubunun heyətində cəmi bir oyunda meydana çıxıb və həmin görüşdə bir qol buraxıb.
 

Qeyd edək ki, təcrübəli qolkiper karyerası ərzində "Lex", Varşava "Legiya"sı, "Arsenal", "Suonsi" və "Vest Hem"in formasını geyinib. O, klub karyerasında 516 matç keçirib, bunların 144-də qapısını toxunulmaz saxlayıb.


Fabianski "Vest Hem"lə UEFA Konfrans Liqasının, "Arsenal"la İngiltərə Kubokunun, "Legiya" ilə isə Polşa çempionatının qalibi olub. Polşa millisinin heyətində isə 57 oyuna çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO