
- A-
- A
- A+
Region
17:14 / 25.07.2026
1 dəq oxunma
Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır
Hazırda oxunan: Gürcüstan DTX elektrik kəsintisi ilə bağlı araşdırma aparır
627424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında ölkə ərazisində baş verən kütləvi elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi üzrə araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb.
Qanunvericiliyə əsasən, bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını nəzərdə tutur.
DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını bildirib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































