Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

Hazırda oxunan: Anası tərəfindən zəncirləndiyi deyilən yeniyetmə müəssisəyə yerləşdiriləcək - Rəsmi

627440

Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Trend" -ə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev açıqlama verib.

Onun sözlərinə görə, çətin həyat şəraiti ilə qarşılaşan 17 yaşlı oğlanla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub:

"Yeniyetmənin mövcud vəziyyəti qiymətləndirilib. Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparılıb və oğlan müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək" - Sərvər Abdullayev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə uşağın anası tərəfindən zəncirlədiyi barədə məlumat yayılıb.

Yayılan məlumata görə, uşaq illərlə bağlı saxlanılaraq normal qidalanmadan, təhsildən və sosial mühitdən məhrum edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə mövzu ilə bağlı açıqlamasında uşağın anası tərəfindən uzun müddət zəncirlənmiş vəziyyətdə saxlanılması ilə bağlı məlumatların araşdırıldığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO