Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a qarşı həyata keçirdiyi əməliyyatların ikinci mərhələsi ilə bağlı yeni bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, SEPAH iddia edib ki, “terrorla mübarizə” əməliyyatının ikinci mərhələsində Hörmüz boğazında daha bir “qadağan olunmuş” gəmi hədəfə alınaraq dayandırılıb.
Qurumun bəyanatında həmçinin ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd aviabazasının ballistik raketlərlə vurulduğu bildirilib. SEPAH bazanın komandanlıq mərkəzinin və qırıcı təyyarələrin texniki xidmət obyektlərinin məhv edildiyini deyib.
Bəyanata görə, hücumlar ABŞ ordusunun İranın sahil bölgələrində yerləşən hərbi bazalarına endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. (Amerikanın Səsi)
Bizim.Media
































































































