Polşada "Patriot" qalmaqalı: Müxalifət hökuməti Ukraynaya raket verməkdə ittiham edir – VİDEO

Polşada "Patriot" qalmaqalı: Müxalifət hökuməti Ukraynaya raket verməkdə ittiham edir – VİDEO

Hazırda oxunan: Polşada "Patriot" qalmaqalı: Müxalifət hökuməti Ukraynaya raket verməkdə ittiham edir – VİDEO

623726

Polşa Seyminin deputatı, keçmiş müdafiə naziri Mariuş Blaşak hökuməti Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər ötürməkdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, Blaşak hökumətin bu addımının ölkənin təhlükəsizliyinə zərbə vurduğunu bəyan edib.

"Baş nazir Donald Tusk və XİN rəhbəri Radoslav Sikorski daim cəmiyyəti Rusiyanın hücum təhlükəsi barədə xəbərdar edir, lakin eyni zamanda, bizim hava və raketdən müdafiə sistemimizin əsasını təşkil edən raketləri Ukraynaya göndərirlər", - deyə o bildirib.

Deputat qeyd edib ki, hazırda bu raketlər Polşa ordusunda kəskin çatışmazlıq olan resurslardandır:

"Burada məntiq haradadır? Ardıcıllıq hanı? Onlar nə vaxt doğrunu deyirlər və ümumiyyətlə, doğru danışırlarmı?".

"Hüquq və Ədalət" (PiS) partiyası məsələ ilə bağlı Seymin növbədənkənar iclasının çağırılmasını tələb edib.

Müxalifət bu həftə keçirilməsini gözlədikləri iclasda Milli Müdafiə nazirinin Polşanın Ukraynaya həqiqətən "Patriot" raketləri verib-vermədiyini və bu qərarın hansı səbəblərlə qəbul edildiyini ictimaiyyətə açıqlamasını tələb edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO