İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

Hazırda oxunan: İran Hörmüzdə iki ticarət gəmisini vurdu: ABŞ-ın cavabı nə olacaq?

623706

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Ofisi (UKMTO) Hörmüz boğazı yaxınlığında Oman körfəzinə doğru cənuba doğru hərəkət edən tankerin naməlum mərmi ilə vurulduğuna dair məlumat yayıb.

Bizim.Media xəbər verir ki, hadisə Omanın Lima sahil yaşayış məntəqəsindən səkkiz dəniz mili şərqdə baş verib; naməlum mərmi tankerin liman tərəfinə dəyib və yanğına səbəb olub.

Tələfat və ya ətraf mühitə ziyan dəyməyib və araşdırma davam edir.

Axios portalı iki ABŞ rəsmisinə istinadən xəbər verib ki, İran ordusu bazar ertəsi axşamı Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb.

Portalın mənbələrinə görə, iki ticarət gəmisinə ciddi ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Nəşr qeyd edir ki, Tehranın zərbələri üç həftə əvvəl imzalanmış və İranın Hörmüz boğazında hücumları dayandırmağa razılıq verdiyi anlaşma memorandumunun pozulması kimi qiymətləndirilir.

Axios proqnozlaşdırır ki, ABŞ, çox güman ki, İran hədəflərinə qarşı cavab zərbələri endirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO