İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

Hazırda oxunan: İşğal olunmuş Krımda 2 yarımstansiya sıradan çıxarıldı - VİDEO

623336

İşğal altında olan Krım yarımadasında enerji təchizatı sisteminə növbəti zərbələr endirilib.

Ukrayna Müdafiə Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində yarımadanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən daha iki yarımstansiyanın vurulduğu bildirilir.

Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, gecə saatlarında baş verən hücumun hədəfləri 220 kV-luq “Bağçasaray” və 110/35/10 kV-luq “Zimino” yarımstansiyaları olub.
 

Əməliyyatın nəticələri peyk görüntüləri ilə də öz təsdiqini tapır. 2025-ci ilin iyul ayı ilə cari ilin iyul ayının peyk şəkillərinin müqayisəsi yarımadada enerji böhranının miqyasını açıq şəkildə nümayiş etdirir.


Gecə saatlarında əldə edilən görüntülərdə Krım ərazisindəki süni işıqlandırmanın kəskin şəkildə azaldığı müşahidə olunur ki, bu da strateji infrastruktur obyektlərinə dəyən zərərin ciddiliyindən xəbər verir.

Rəsmi qurumlar hələlik hadisə ilə bağlı detalları dəqiqləşdirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO