Pasxa günlərində Tbilisidə metro pulsuz fəaliyyət göstərəcək

Pasxa günlərində Tbilisidə metro pulsuz fəaliyyət göstərəcək

Hazırda oxunan: Pasxa günlərində Tbilisidə metro pulsuz fəaliyyət göstərəcək

622803
Pasxa gecəsi Gürcüstanın paytaxtı Tbilisidə metro xidməti vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə səhər saat 04:00-dək fəaliyyət göstərəcək.
 
Bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.
 
O bildirib ki, həmin gecə saat 23:00-dan etibarən metro sərnişinlərə pulsuz xidmət göstərəcək.
 
Kaxa Kaladze həmçinin əlavə edib ki, Pasxa bayramı günləri - aprelin 16-da və 17-də paytaxt sakinlərinin rahatlığını təmin etmək məqsədi ilə şəhərdəki qəbiristanlıqlara xüsusi avtobus marşrutları ayrılacaq.
 
Mənbə: 1tv.ge
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO