Xəbər verdiyimiz kimi, Monako Knyazlığında güclü partlayış baş verib, üç nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, “Le Figaro” nəşri həmin şəxslərin adını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Monakoda güclü partlayış: Xəsarət alanlar var – VİDEO
Belə ki, partlayış nəticəsində ukraynalı biznesmen Vadim Yermolayev və həyat yoldaşı ağır, 13 yaşlı oğlu isə yüngül yaralanıb.
Qeyd edək ki, partlayışı törədən şəxs ərazidən qaçıb. Hadisənin səbəbləri araşdırılır, hüquq-mühafizə orqanları şübhəlinin axtarışını davam etdirirlər.
Məlumat üçün bildirək ki, Vadim Yermolayev Ukraynanın Dnepr şəhərindən olan tanınmış sahibkar və investordur. O, 1990-cı illərdə təsis etdiyi Alef Corporation holdinqi vasitəsilə daşınmaz əmlak, tikinti, istehsal, kənd təsərrüfatı, şərabçılıq və istehlak malları sahələrində fəaliyyət göstərib. Uzun illər Ukraynanın ən varlı iş adamları sırasında yer alıb.
2023-cü ildə Ukrayna hakimiyyəti ona qarşı sanksiyalar tətbiq edib. Təhlükəsizlik Xidməti (SBU) Yermolayevi 2014-cü ildən sonra Krımda alkoqol biznesini Rusiya qanunvericiliyi əsasında fəaliyyətini davam etdirməkdə ittiham edib. Biznesmen bu ittihamları rədd edib.
Bizim.Media


































































































