Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

Hazırda oxunan: Alimlər AÇIQLADI - Yemək bişirmək beyni sağlam saxlayır

621719

Yapon tədqiqatçılar açıqlayıblar ki, həftədə ən azı bir dəfə evdə yemək bişirmək yaşlı insanlarda demans riskini 30%-ə qədər, mətbəxdə yeni olanlarda isə 70%-ə qədər azalda bilər.

Bizim.Media "İndependent Türkcə"yə istinadla xəbər verir ki, 65 və daha yuxarı yaşda olan təxminən 11 min kişi və qadını əhatə edən 6 illik araşdırma üzə çıxarıb ki, daha tez-tez yemək bişirən insanlarda bu dağıdıcı neyrodegenerativ xəstəliyin riski aşağı düşüb.

Belə ki, yemək bişirmək həm yaxşı bir fiziki aktivlik növüdür, həm də beynin stimullaşdırılmasına kömək edir.

Həmçinin demansa yaxalanma ehtimalı kişilərdən demək olar ki, iki dəfə yüksək olan qadınlar həftədə bir dəfə hər şeyi sıfırdan hazırlayaraq yemək bişirdikdə onlarda demans riski kişilərlə müqayisədə 3% daha aşağı olub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO