Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Hazırda oxunan: Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

621567

Adətən məzuniyyət dincəlmək, qayğılardan uzaqlaşmaq və ailə ilə xoş vaxt keçirmək dövrü sayılır. Lakin bəzi cütlüklər üçün tətil yaxınlıq deyil, münasibətlərdəki gərginliyin, gizli problemlərin və hətta xəyanətin üzə çıxdığı bir sınaq müddətinə çevrilir. İş rejimində gözdən qaçan məqamlar 24 saat birlikdə vaxt keçirərkən özünü qabarıq büruzə verir.

Bizim.Media xəbər verir ki, polşalı tanınmış özəl xəfiyyə Malqojata Marçulevska polyakların məzuniyyət zamanı etdikləri xəyanətlər və partnyorlarını necə aldatdıqları barədə maraqlı faktları açıqlayıb.

Məzuniyyətdə xəyanət: Xəfiyyə sirrin üstünü açır

Xəfiyyələrin müşahidələrinə görə, xəyanət şübhələri ən çox məzuniyyət zamanı və ya ondan dərhal sonra yaranır. Eyni otağı bölüşmək və gündəlik bəhanələrin yoxluğu gizli qalan hərəkətlərin ifşasını qaçılmaz edir.
 

"Gündəlik həyatda partnyorumuzu yalnız axşamlar gördüyümüz üçün münasibətlərin soyumasını fərq etməyə bilərik. Lakin tətildə hər an birlikdə olduğumuz üçün şübhəli məqamlar dərhal diqqət çəkir", — deyə xəfiyyə Marçulevska bildirib.


Ən birinci siqnal isə telefondan qeyri-adi istifadə formasıdır. Tətil dincəlmək üçün nəzərdə tutulsa da, partnyorun davamlı olaraq smartfonu gizlətməsi, ekranı qapatması, zənglər zamanı otaqdan çıxması və ya sadə suallara əsəbi reaksiya verməsi gərginliyi artırır.

Bir çox müştərilər məhz tətildən qayıtdıqdan sonra sübut toplamaq üçün xəfiyyə agentliklərinə müraciət edirlər. Xəfiyyə qeyd edir ki, keçən həftə götürdüyü iki işdən birində məhz tətildə gizli zənglər edən ərin xəyanəti rəsmən təsdiqlənib.

"Özümü pis hiss edirəm" — Xain partnyorların bəhanələri

Bəzən məzuniyyət xəyanətləri ailə üçün xüsusilə ağrılı formada baş verir. Ailəvi xatirələr qurmaq üçün gedilən səfərlər digər tərəf üçün gizli görüş fürsətinə çevrilir. Bunun üçün kiçik bir bəhanə kifayət edir.

Xəfiyyə Marçulevska Yunanıstandakı istirahət zamanı baş vermiş konkret bir hadisəni misal çəkib:

"Ailə — ər, arvad və iki uşaq Yunanıstana tətilə gedir. Səhərdən axşamadək nəzərdə tutulan ekskursiya zamanı ər qəfildən özünü çox pis hiss etdiyini və oteldə qalmalı olduğunu bildirir. Həyat yoldaşı və uşaqlar 10 saatlıq proqrama yollanırlar. Bu müddət ərzində isə kişi cəmi iki gün əvvəl tanış olduğu qadınla oteldə arvadına xəyanət edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO