Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Hazırda oxunan: Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

621563

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Vladimir Zelenskinin nümayəndələri ilə keçirdiyi görüşün daha bir mühüm təfərrüatını açıqlayıb və rəsmi Kiyevə kəskin xəbərdarlıq etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Belarus dövlət başçısı Ukrayna tərəfinə Minsk ilə təhdid dilində danışmağın yolverilməz olduğunu çatdırıb:

"Mən onlara birbaşa dedim: “Uşaqlar, siz öz prezidentinizə çatdırın: əgər o elə düşünürsə ki, bizimlə bu cür danışmaq olar və hələ üstəlik bizi müharibəyə sürükləmək mümkündür, o zaman anlamalıdır ki, müharibənin keyfiyyəti anındaca dəyişəcək. Bu, tamamilə başqa bir müharibə olacaq'", — deyə Belarus prezidenti vurğulayıb.

Lukaşenko Kiyevdən bu xəbərdarlığa reaksiya gəldiyini və Ukrayna rəhbərliyinin vəziyyətin ciddiliyini anladığını qeyd edib:

"Yeri gəlmişkən, biz cavab aldıq: prezident də, onlar da bunu [Belarusu müharibəyə sürükləməyin qeyri-mümkün olduğunu] başa düşürlər. Ona görə də, uşaqlar, gəlin razılığa gələk. Konstruktiv və ciddi şəkildə razılaşmaq lazımdır".

Belarus liderinin sözlərinə görə, mövcud böhrandan çıxmaq üçün "səs-küy salmaq və qışqırmaq deyil, real olaraq danışıqlar masası arxasında əsaslı şəkildə razılığa gəlmək" mütləqdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO