Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib

Hazırda oxunan: Kamçatka yaxınlığında 6,9 bal gücündə 16 ZƏLZƏLƏ baş verib
620253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kamçatka sahillərində iki saat ərzində 6,9 bal gücündə 16 zəlzələ baş verib .

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Federal Geofiziki Tədqiqatlar Mərkəzinin Kamçatka şöbəsinin məlumat yayıb.

Bildirilib ki, seysmik aktivlik UTC vaxtı ilə saat 6:51-də başlayıb. Birinci zəlzələ Petropavlovsk-Kamçatskidən 167 km məsafədə, 16 km dərinlikdə 5,6 bal gücündə baş verib.

Ən güclü zəlzələ, 6,9 bal gücündə, bir dəqiqə sonra, Petropavlovsk-Kamçatskidən 178 km məsafədə, 15 km dərinlikdə qeydə alınıb. 4,5 bal gücündə olan son seysmik hadisə, UTC vaxtı ilə saat 9:02-də şəhərdən 155 km məsafədə qeydə alınıb.
 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Petropavlovsk-Kamçatskidə zəlzələ 4 bal gücündə hiss oluna bilərdi. Xilasedicilər əvvəlcə Kamçatka sahillərinə yaxınlaşan mümkün dalğa barədə xəbərdarlıq etsələr də, sonradan sunami təhlükəsi ləğv edilib.


"Saat 20:23-də sunami xəbərdarlığı ləğv edilib. Kamçatka sahillərinə yaxınlaşan dalğalar aşkar edilməyib", - deyə açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO