Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

Hazırda oxunan: Məktəbli təsadüfən Vikinqlər dövrünə aid 1300 illik qılınc tapdı – FOTO

619958

Norveçdə ibtidai sinif şagirdi məktəb ekskursiyası zamanı dünya arxeologiya tarixinə düşəcək nadir tapıntıya imza atıb.

Bizim.Media xəbər verir ki, "Goodnews Network" nəşrinin yaydığı məlumata görə, azyaşlı məktəbli qaya parçalarının arasında qədim metal əşya aşkar edib.
 

Uşağın tapıntını müəllimlərinə göstərməsindən sonra əraziyə dərhal yerli arxeoloqlar dəvət olunub. Ekspertlərin ilkin rəyinə əsasən, bu əşya təxminən 1300 il əvvəl yaşamış qədim bir döyüşçüyə məxsus qılıncdır. Alimlər qılıncın Vikinq dövrünün (Viking Age) başlanğıcına aid olduğunu ehtimal edirlər.


Arxeoloqlar bəyan ediblər ki, qılıncın tapıldığı ərazi vaxtilə mühüm tarixi hadisələrin cərəyan etdiyi məkan olub. Hazırda tapıntı xüsusi laboratoriyaya aparılıb və bərpa edildikdən sonra muzeydə nümayiş olunması planlaşdırılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO