Braziliyada uğursuz bərpa işi: İsa peyğəmbərin heykəli karikaturaya çevrildi - FOTO

Braziliyada uğursuz bərpa işi: İsa peyğəmbərin heykəli karikaturaya çevrildi - FOTO

Hazırda oxunan: Braziliyada uğursuz bərpa işi: İsa peyğəmbərin heykəli karikaturaya çevrildi - FOTO

619662

Braziliyanın Karmu-du-Kajuru şəhərində dini heykəllərin uğursuz bərpa (restavrasiya) edilməsi dünya mediasının gündəminə düşüb. Meydanlardan birində yerləşən "İsa peyğəmbərin əzabları" adlı heykəllər qrupu rəngləndikdən sonra Müqəddəs Ailə üzvləri komiks personajlarına bənzəyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bərpaçının səriştəsizliyi ucbatından heykəllər qeyri-təbii dərəcədə böyük, bərəlmiş gözlərə, qalın qövsvari qaşlara və al-qırmızı dodaqlara sahib olub.

Dörddəbir milyon turist heykəlləri görməyə gəlib

Yerli sakinlər müqəddəs dəyərlərə hörmətsizlik edildiyini bildirərək kilsə şurasına etiraz etsələr də, statusların bu gülünc görüntüsü internetdə sürətlə yayılıb. Nəticədə şəhərə digər bölgələrdən böyük turist axını başlayıb. Təxminən 250 min insan məşhur memə çevrilmiş heykəllərlə şəkil çkdirmək üçün meydana axışb.

Kilsə rəngi sildirib ağ rəngə qaytardı

Sifarişçi olan "Nosa-Senyora-du-Karmu" kilsə mərkəzi heykəllərin yeni simasının inanclı insanlarda dərin narahatlıq yaratdığını etiraf edib. Kilsə rəhbərliyi heykəlləri eybəcər hala salan şəxsin kimliyini gizli saxlasa da, dərhal tədbir görüb. Fiqurlar rəngli boyalardan tamamilə təmizlənib və onların ilkin ciddi ağ rəngi bərpa olunub. Hazırda peşəkar usta axtarılır.

"Tüklü İsa" hadisəsi yenidən xatırlandı

Bu hadisə dünya mətbuatına 2012-ci ildə İspaniyanın Borxa şəhərində baş vermiş analoji rəzaləti xatırladıb. O vaxt qoca bir qadının "Ecce Homo" freskasını özbaşına bərpa etməsi İsa peyğəmbərin simasını meymuna bənzətmiş və tarixdə "Tüklü İsa" (Monkey Christ) adı ilə yaddan qalmışdı. Braziliyadakı heykəllər də eyni taleyi təkrarlamağa yaxın olsa da, yerli sakinlərin təzyiqi ilə boya dərhal silinib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO