Asiyanın cənnət məkanı turistlərin cəhənnəminə çevrilib – Bu ölkəyə gedənlər niyə ölür?

Asiyanın cənnət məkanı turistlərin cəhənnəminə çevrilib – Bu ölkəyə gedənlər niyə ölür?

Hazırda oxunan: Asiyanın cənnət məkanı turistlərin cəhənnəminə çevrilib – Bu ölkəyə gedənlər niyə ölür?

619631

Ən çox seçilən turistik məkanlardan olan Bali indi qara siyahıya düşüb. İndoneziyanın bu adasına cəhənnəm adası deyilir. Amma vaxtilə ağ qumlu çimərlikləri, tropik təbiəti, hindu məbədləri və mətbəxi ilə turistləri maqnit kimi çəkirdi. Dünyanın ən populyar istirahət məkanlarından biri hesab olunur. Son illərdə isə yerli mətbəx və içkilərdən zəhərlənənlərin sayı artır. Necə deyərlər, Baliyə gedən son səfərini etmiş olur.

Bir qurtumun badına gedənlər...

Bu günlərdə 50 yaşlı Soçi sakini Anna adlı qadın gənc sevgilisi ilə Baliyə gedib. Elə tətilin ilk günündə yerli kafelərin birində sərinləmək üçün spirtli kokteyl içib. Səhəri gün ürəkbulanma, halsızlıq, ikiligörmə şikayəti ilə xəstəxanaya aparılanda yolda huşu gedib və komaya düşüb.
 

Günün sonunda isə ağır qan zəhərlənməsindən sonra beyin ölümü yaşanıb. İlkin araşdırmalar kokteylin tərkibində olan metanol spirtindən zəhərlənmənin baş verdiyini üzə çıxarıb. Anna bu Asiya kurortunda metanol tərkibli spirtli içkinin ilk qurbanı deyil.


Oxşar hadisə 2011-ci ildə də baş vermişdi və amerikalı Eşli Kinq də buna bənzər bir hadisə ilə qarşılaşmışdı. Tətilinin son günündə Kuta bölgəsindəki bir barda tropik kokteyl sifariş etmişdi. Daha sonra Yeni Zelandiyaya səyahət edərkən vəziyyəti pisləşmişdi. Eşli sağ qalsa da görmə qabiliyyətini itirib.

Hər il Balidə həm yerli sakinlər, həm də turistlər arasında metanol zəhərlənməsi ilə bağlı onlarla məlumat yayılır. 2023-cü ildə 26 yaşlı avstraliyalı turist də zəhərlənib xəstəxanaya yerləşdirilmişdi. Elə həmin il Yeni Zelandiyadan olan bir turist Bali gecə klubunda spirtli içkidən zəhərlənmişdi.

Qeyd edək ki, son onillikdə İndoneziya dünyada ən çox metanol zəhərlənməsi hadisəsi qeydə alınan ölkədir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO