Dünya Kubokunu polis yox, it tapdı: Futbol tarixinin ən qeyri-adi qəhrəmanı – FOTO

Dünya Kubokunu polis yox, it tapdı: Futbol tarixinin ən qeyri-adi qəhrəmanı – FOTO

Hazırda oxunan: Dünya Kubokunu polis yox, it tapdı: Futbol tarixinin ən qeyri-adi qəhrəmanı – FOTO

619411

Futbol azarkeşləri adətən Dünya Kubokunu meydandakı qollar və unudulmaz finallarla xatırlayır. Ancaq mundial tarixinin ən maraqlı hadisələrindən birinin baş qəhrəmanı nə futbolçu, nə də hakim olub. O, Pickles adlı it idi.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə 1966-cı ildə, İngiltərənin ev sahibliyi etdiyi Dünya Kubokundan cəmi bir neçə ay əvvəl baş verib.

Turnirin əsas simvolu olan Jules Rimet Kuboku Londonda sərgidə nümayiş etdirilərkən naməlum şəxslər tərəfindən oğurlanıb. Ölkə üzrə geniş axtarışlara baxmayaraq, nə polis, nə də müstəntiqlər kubokun yerini müəyyən edə biliblər.

Bir həftə sonra isə gözlənilməz hadisə baş verib.
 

David Korbett adlı britaniyalı vətəndaş iti Pickles ilə gəzintiyə çıxarkən heyvan küçədə park edilmiş avtomobilin yanında qəzetə bükülmüş şübhəli bağlamaya diqqət yetirib. Bağlamanı açan Korbett onun günlərdir axtarılan Dünya Kuboku olduğunu görüb. Beləliklə, futbol dünyasının ən qiymətli simvollarından biri təsadüf nəticəsində tapılıb.


Kubokun tapılmasından sonra Pickles qısa müddətdə ölkə qəhrəmanına çevrilib. O, televiziya proqramlarına dəvət alıb, xüsusi medal ilə təltif olunub, bir illik it yemi hədiyyə qazanıb və hətta filmdə rol alıb. İngiltərə yığması Dünya Kubokunu qazandıqdan sonra təşkil edilən rəsmi çempionluq ziyafətinə də dəvət olunanlar arasında Pickles olub.

Maraqlıdır ki, tapılan Jules Rimet Kuboku sonradan Braziliyaya verilib.

Braziliya yığması 1970-ci ildə üçüncü dəfə dünya çempionu olduqdan sonra kuboku daimi olaraq əldə edib. Lakin kubok 1983-cü ildə yenidən oğurlanıb və bu günə qədər tapılmayıb. Bir çox araşdırmaçı onun əridildiyini ehtimal etsə də, bu versiya heç vaxt rəsmi təsdiqini tapmayıb.

Bu gün Picklesin boyunbağısı və qazandığı medal Mançesterdəki Milli Futbol Muzeyində nümayiş etdirilir. Aradan onilliklər keçsə də, o, Dünya Kuboku tarixinin ən qeyri-adi qəhrəmanlarından biri kimi xatırlanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO