Trampı azarkeşlər fitə basdı – VİDEO

Trampı azarkeşlər fitə basdı – VİDEO

Hazırda oxunan: Trampı azarkeşlər fitə basdı – VİDEO

618207

ABŞ Prezidenti Donald Tramp komandanı dəstəkləmək üçün "Madison Square Garden" arenasında keçirilən NBA finalının üçüncü oyununu ziyarət edib, lakin onun gəlişi auditoriya tərəfindən birmənalı qarşılanmayıb.

Bizim.Media xəbər verir ki, Bu barədə "NBC News" məlumat yayıb.

Dövlət himni səsləndirilən zaman Tramp böyük ekranda göstərilərkən tribunaların bir hissəsi onu fit və narazı sədalarla qarşılayıb.

Kameralar "Nyu-York Niks"in oyunçusu Ceylen Bransona keçdikdən sonra isə arenada alqış səsləri eşidilib.

Məlumata görə, mənfi reaksiya oyun başlamazdan əvvəl də hiss olunub. Belə ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən arenanın yaxınlığında azarkeşlər üçün nəzərdə tutulan fan-zonanın ləğv edilməsi bəzi tərəfdarların narazılığına səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO