ABŞ-nin Avropadakı müttəfiqləri qarşıdan gələn G7 sammiti çərçivəsində Hörmüz boğazının minalardan təmizlənməsi missiyası üçün ABŞ Prezidenti Donald Trampın razılığını almaq niyyətindədirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, bu missiya üçün Trampın razılığının alınması sammitin Yaxın Şərq gündəliyinin əsas hədəflərindən biridir.
Agentliyin məlumatına görə, Avropa ölkələrinin liderləri Trampa öz dəstəklərini nümayiş etdirmək üçün boğazın minalardan təmizlənməsinə başlamaq istəyirlər, lakin Amerika liderinin bu məsələ ilə bağlı qərarı hələlik qeyri-müəyyən olaraq qalır.
Aİ dövlətlərinin nümayəndələri iddia edirlər ki, ABŞ-nin minalardan təmizləmə sahəsindəki məhdud imkanları nəzərə alınarsa, Avropanın köməyi faydalı ola bilər.
"Bloomberg" həmçinin vurğulayıb ki, Böyük Britaniya və Fransa boğazdakı əməliyyatla bağlı İranla müzakirələrə başlamağa da hazırdır.
Bizim.Media





































































































